İspaniyalı həkim İzabel Viñas qan analizlərini düzgün vermək üçün bir neçə vacib qayda paylaşdı. Onun sözlərini El Economista nəşri yayıb.
E-saglam.az qadınlar estrogen, LH, FSH, testosteron, DHEA və prolaktin kimi hormonların səviyyəsini menstrual dövrün 3–6-cı günləri arasında yoxlatmalıdırlar. Kişilər üçün isə bu mövzuda xüsusi zaman məhdudiyyəti yoxdur.
Əgər kortizol səviyyəsi yoxlanılırsa, analiz ya səhər tezdən, ya da gecə saat 23:00-da verilməlidir.
Qanda qlükoza (şəkər) səviyyəsini ölçmək üçün analizdən bir neçə saat əvvəl qida qəbulundan çəkinmək lazımdır.
Hematokrit və sidik cövhəri (mochevina) göstəricilərinə gəlincə, orqanizmdə susuzluq bu dəyərləri dəyişə bilər, buna görə də su içməyi dayandırmaq olmaz.
Viñas əlavə edib:
“Əgər sizdən KFK, transaminaz, LDH və ya kreatinin səviyyəsinin təyini üçün analiz tələb olunubsa, analizdən 2–3 gün əvvəl intensiv fiziki fəaliyyətlə məşğul olmayın, çünki əzələ liflərinin parçalanması nəticəsində bu göstəricilər dəyişə bilər.”
Bundan əvvəl toksikoloq Mixail Kutuşov ən mənasız analizlər haqqında danışmışdı. Onun sözlərinə görə, Neyçiporenko üsulu ilə aparılan sidik analizi əksər hallarda praktik fayda vermir və onu vermək lazım deyil.
Nəzrin Abbas