Xəbərlər
ANAMA sədrinə yeni I müavin
Xəbərlər
17

ANAMA sədrinə yeni I müavin təyin olunub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yeni təyinat olub.

E-saglam.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Ş.Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

©Report

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun