Xəstəliklər
Çəpgözlük - Səbəbləri və
Xəstəliklər
113

Çəpgözlük - Səbəbləri və müalicə üsulları

Göz Xəstəlikləri üzrə mütəxəssis, Prof. Dr. Burak Bilgin günümüzdə getdikcə daha çox rast gəlinən çəpgözlük (gözlərin paralel baxış istiqamətinin pozulması) haqqında məlumat verib.

E-saglam.az xəbər verir ki, Bilgin bildirib ki, çəpgözlük müxtəlif formalarda özünü göstərə bilər:

“Gözlərin paralelliyi pozulduqda biri içəri, digəri isə çölə, yuxarı və ya aşağı istiqamətlənə bilər. Bəzən bu vəziyyət davamlı olur, bəzən isə yalnız müəyyən baxışlarda ortaya çıxır”.

 Çəpgözlüyün yaranma səbəbləri:

Mütəxəssisə görə, uşaqlarda və böyüklərdə çəpgözlük fərqli səbəblərdən yarana bilər.

- Uşaqlarda ən çox hipermetropiya (uzaqgörmə)göz dərəcələrinin yüksək olması çəpgözlüyə səbəb olur.

- Yetkinlərdə isə sinir və əzələ problemləri, göz zədələri və ya uzunmüddətli görmə disbalansı rol oynaya bilər.

 Müalicə üsulları:

Prof. Dr. Bilgin qeyd edib ki, müalicə çəpgözlüyün növünə görə dəyişir:

- Göz eynəkləri və optik korreksiya ilə başlanır.

- Göz məşqləriortoptik terapiya ilə gözlərin koordinasiyası gücləndirilir.

- Cərrahi müdaxilə isə yalnız daha ciddi hallarda tətbiq olunur.

Həkim valideynlərə xəbərdarlıq edib ki, uşaqlarda gözlərin paralel durmadığı, bir gözün tez-tez içəri və ya çölə baxdığı müşahidə olunarsa, mütləq erkən diaqnoz üçün göz həkiminə müraciət edilməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun