Sağlamlıq
Qəbizliyə qarşı təbii
Sağlamlıq
105

Qəbizliyə qarşı təbii müalicə tapıldı

Qəbizlik — tualetə getmədə çətinlik, az sayda defekasiya və ya bağırsaqların tam boşalmaması ilə xarakterizə olunur. İngiltərədə aparılan araşdırmalar göstərib ki, bu problem hər 10 nəfərdən birində müşahidə olunur.

E-saglam.az xəbər verir ki, Londondakı "King’s College" alimlərinin hazırladığı yeni təlimata görə, qəbizliyi azaltmaq üçün təkcə lifli qidalar deyil, kivi meyvəsi də çox təsirli ola bilər.

Mütəxəssislər bildirir ki, gündə 2-3 kivi yemək bağırsaqları hərəkətə gətirir və həzmi asanlaşdırır. Kivinin tərkibindəki liflər nəcis kütləsini artırır, bağırsaqların fəaliyyətini sürətləndirir və su balansını tənzimləyərək nəcisi yumşaldır.

Tədqiqat müəllifi Dr. Eirini Dimidi qeyd edir:

“Kivi həm qabıqlı, həm də qabıqsız yeyilə bilər. Hər iki halda da lif baxımından faydalıdır”.

Bundan başqa, 8–10 quru gavalıçavdar çörəyi də oxşar təsir göstərərək bağırsaq fəaliyyətini normallaşdırmağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun