Psixologiya
Psixologiya üçün ən
Psixologiya
77

Psixologiya üçün ən təhlükəli duyğu

Psixiatr Marian Rojas Estapé günahkarlığın insanın psixi vəziyyətinə ciddi mənfi təsir göstərdiyini bildirib.

E-saglam.az xəbər verir ki, "La Razon" nəşrinə müsahibəsində bu duyğunun niyə psixi sağlamlıq üçün ən təhlükəli sayıldığını izah edib.

“Günahkarlıq bizi keçmişə bağlayan və irəliləməyə mane olan zəhərli bir duyğudur,” – deyə Estapé vurğulayıb. Onun sözlərinə görə, bu hiss enerjini tükəndirir, depressiyaya səbəb olur və qərarvermə qabiliyyətini zəiflədir.

Mütəxəssis bildirib ki, günahkarlıq insanın səhv etdiyini və ya gözləntiləri doğrultmadığını düşündüyü zaman yaranır. “Səhv haqqında nə qədər çox düşünsək, bu hiss bir o qədər güclənir. İnsan üzr istəməkdən çəkinir, söhbətləri təxirə salır, cəhd etməyi dayandırır və nəticədə həyat indiki zamandan uzaqlaşır,” – deyə psixiatr qeyd edib.

Estapé vurğulayıb ki, günahkarlıqla mübarizə aparmağın yolu keçmişə ilişib qalmamaq, səhvləri qəbul edib onlardan nəticə çıxarmaq və diqqəti bu günə yönəltməkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun