Diş ipindən düzgün istifadə diş və diş ətinin sağlam qalmasına kömək edir. Doğru tətbiq zamanı, diş fırçasının çata bilmədiyi yerlərdəki qida qalıqları və lövhə effektiv şəkildə təmizlənir.
E-saglam.az xəbər verir ki, aparılan tədqiqatlara görə, diş ipindən müntəzəm istifadə edən şəxslərdə diş çürüməsi, diş əti xəstəlikləri və diş itkisi halları daha az müşahidə olunur. Lakin diş ipindən yanlış istifadə diş ətində qıcıqlanma, qanama və zamanla diş əti çəkilməsinə səbəb ola bilər.
Diş həkimlərinin tövsiyələri:
- Öz diş aralarınıza uyğun, rahat diş ipi seçin.
- Diş ipini dişlər arasında yumşaq şəkildə hərəkət etdirin, diş ətinə zərər verməyin.
- İstifadədən sonra ağzınızı su və ya qarqarayla yaxalayın.
- Gündə bir dəfə, xüsusilə yatmazdan əvvəl istifadə etmək kifayətdir.
- Diş teli və ya xüsusi diş aparatları olanlar əvvəlcə həkimə müraciət etməlidir.Diş ipi düzgün istifadə edildikdə, ağız sağlamlığını qorumağın vacib hissəsidir və bir çox problemlərin qarşısını alır.
Tərcümə: Nəzrin Abbas