Xəstəliklər
Autizm
Xəstəliklər
98

Autizm irsidir?

Autizm (tam adıyla Autizm Spektr Pozuntusu – ASP) irsən ötürülə bilən, amma yalnız genetik səbəblərlə izah olunmayan bir sinir inkişaf pozuntusudur.

E-saglam.az sizə  Autizm Spektr Pozuntusunu ətraflı təqdim edir:

 Genetik faktorlar:

- Elmi tədqiqatlara görə autizmin 60–90%-ə qədəri genetik amillərlə əlaqəlidir.

- Yəni ailədə autizmi olan bir uşaq varsa, qardaş və bacılarda risk bir qədər artır, amma bu o demək deyil ki, hər uşaqda olacaq.

- Autizmlə əlaqəli onlarla gen müəyyən edilib, lakin konkret “autizm geni” yoxdur. Hər uşaqda fərqli gen birləşmələri rol oynaya bilər.

.Qeyri-genetik (mühit) faktorlar:

- Hamiləlik zamanı infeksiyalar, dərman qəbulu, ağır stress və ya toksinlərə məruz qalma,

- Erkən doğuş və ya doğuş zamanı oksigen çatışmazlığı,

- Ana və atanın yaşının çox olması,

- Ətraf mühit faktorları (hava çirkliliyi, bəzi kimyəvi maddələr və s.).

Autizm tamamilə irsi deyil, amma genetik meyillilik əsas rol oynayır. Genetik baza üzərinə ətraf mühit faktorları əlavə olunanda, bəzən autizm inkişaf edə bilir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun