Xəstəliklər
Həkim erkən Alzheimer riskinə səbəb olan
Xəstəliklər
110

Həkim erkən Alzheimer riskinə səbəb olan amili açıqladı

Nevroloq, professor Olqa Vorobyova bildirib ki, genetik meyillik Alzheimer xəstəliyinin erkən yaşda inkişafına səbəb olan əsas risk amillərindən biridir.

E-saglam.az xəbər verir ki, hazırda bu xəstəliyi tam müalicə edən effektiv dərman mövcud deyil. Buna görə də profilaktika zamanı həkimlər dərmansız üsullara və sağlam həyat tərzinin qorunmasına üstünlük verirlər.

Ekspert əlavə edib ki, xəstəliyin ilkin mərhələsində insan vacib tarixləri, adları unuda, bəzən isə tanış yerlərdə çaşqınlıq yaşaya bilər.
“Belə əlamətlər müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu, hər zaman Alzheimer xəstəliyi olmaya bilər, bəzən damar mənşəli digər idrak pozuntuları ilə əlaqəli olur”, – deyə Vorobyova qeyd edib.

Eyni zamanda, İspaniya və Çin alimləri beyin damarlarını bərpa edən və toksik beta-amiloid zülalını aradan qaldıran SBP1 adlı nanodərman hazırlayıblar. Bu preparat “supramolekulyar dərmanlar” sinfinə aiddir və adi nanopreparatlardan fərqli olaraq, özündə müalicəvi təsirə malikdir, yalnız aktiv maddəni daşımaqla kifayətlənmir.


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun