Süd məhsulları alarkən etiketdəki məlumatlara diqqətlə baxmaq, xüsusən də məhsulun adı, tərkibi və saxlanma müddəti barədə məlumatı yoxlamaq çox vacibdir.
E-saglam.az xəbər verir ki, bu barədə Moskva 24-ə həkim-diyetoloq, Dietoloqlar və Nutrioloqlar Milli Assosiasiyasının üzvü İrina Pisareva danışıb.
Mütəxəssis qeyd edib ki, məhsulun üzərində “qatıq”, “smetana”, “süd” kimi tam adlar yazılmalıdır. Əgər etiketdə “smetanka”, “smetanlı məhsul” və ya “süd məhsulu” kimi ifadələr yer alırsa, bu, tərkibində süd yağı əvəzedicilərinin olduğunu göstərə bilər.
Pisarevanın sözlərinə görə, quru süd tozu əlavə edilmiş məhsullar da keyfiyyətcə təbii süddən geri qalır.
Həkim həmçinin xama və qatıq kimi turş süd məhsullarının istehsal tarixini və istifadə müddətini diqqətlə izləməyi tövsiyə edib:
“İstehsal tarixindən nə qədər çox vaxt keçibsə, məhsulda bir o qədər az faydalı mikroorqanizm qalır. Bu səbəbdən tərkibində daha çox canlı bakteriya olan məhsulları seçmək daha faydalıdır,” – deyə Pisareva vurğulayıb.
Nəzrin Abbas