Mütəxəssislər xəbərdarlıq edirlər ki, zədələnmiş qablaşdırmada satılan konservləşdirilmiş məhsullar botulizm riski daşıya bilər.
E-saglam.az xəbər verir ki, Terapevt, tibb elmləri namizədi Andrey Kondraxin NEWS.ru-ya açıqlamasında bildirib ki, təhlükənin ilk əlaməti məhsul qabının açıldıqda qaz səsi çıxarmasıdır.
“Qutunu açarkən qazlı su kimi səslər eşidirsinizsə, bu, içəridə qaz əmələ gəldiyinin ilk göstəricisidir”, – deyə həkim bildirib.
Onun sözlərinə görə, botulizmlə çirklənmiş məhsul hər zaman pis qoxu ilə müşayiət olunmur və xarici görünüşcə tamamilə normal görünə bilər. Buna görə də, zədələnmiş, şişmiş, paslı və ya deformasiyalı qapağı olan konservlərdən uzaq durmaq lazımdır.
Kondraxin əlavə edib ki, konservləşdirilmiş qidalar uzun müddət – 2–5 il ərzində saxlanılmamalıdır, onları qısa zamanda istehlak etmək daha təhlükəsizdir.
Xatırladaq ki, Dağıstanda altı nəfər botulizmə yoluxub, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsində müalicə olunur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az