Sağlamlıq
Həkimlər pəhrizdə ətin miqdarını
Sağlamlıq
23

Həkimlər pəhrizdə ətin miqdarını məhdudlaşdırmağa çağırıblar

Qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, sağlam qidalanmanın əsası bitki mənşəli məhsullar olmalı, ət isə yalnız nadir hallarda menyuya daxil edilməlidir.

E-saglam.az xəbər verir ki, The Lancet jurnalında dərc olunan yeni hesabatda qeyd olunur ki, “heyvan məhsullarının orta dərəcədə istifadəsi və şəkər, duz və doymuş yağların minimal qəbulu ilə əsasən bitki əsaslı pəhriz” sağlamlıq üçün ən optimal variant sayılır.

Bu nəticələr 2019-cu ildə təqdim edilən və o zaman aqro-sənaye qurumlarının sərt tənqidi ilə qarşılanan tövsiyələrin davamı hesab olunur. O dövrdə sənaye nümayəndələri bu təklifləri “ənənələrə zidd” adlandırmışdılar. Lakin elmi ictimaiyyət bu yanaşmanı daha bərabər və sağlam qida modelinə keçid kimi dəyərləndirir.

Yeni hesabatda qırmızı ətin (mal, donuz, quzu) miqdarı gündə 15 qramla məhdudlaşdırılır. Bununla yanaşı, gündəlik menyuda 200 q tərəvəz, 300 q meyvə, 210 q taxıl, 250 q süd məhsulu, 30 q balıq və ya dəniz məhsulu və az miqdarda ağ ət olmalıdır.

Alimlərin sözlərinə görə, bu pəhriz modeli ümumi sağlamlığı yaxşılaşdırır, ölüm riskini azaldır və yanlış qidalanmadan qaynaqlanan xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun