Qidalanma
Bu iki meyvəni birlikdə yeməyin - Mütəxəssislər
Qidalanma
90

Bu iki meyvəni birlikdə yeməyin - Mütəxəssislər xəbərdarlıq edir

Nar və bananın birlikdə qəbulu həzm sistemi üçün zərərli ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu iki meyvənin birləşməsi bəzi hallarda bağırsaq tıxanmasına və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Macarıstanın Origo nəşrinə danışan qidalanma mütəxəssisləri bildiriblər ki, nar liflə çox zəngindir və həzm olunması çətindir, banan isə yüksək miqdarda pektin ehtiva edir. Pektin bağırsaqlarda suyu saxlayaraq nar toxumlarının şişməsinə, nəticədə hərəkəti çətinləşən kütlə əmələ gətirməsinə səbəb olur. Bu isə bəzi hallarda bağırsaq keçməzliyinə gətirib çıxara bilər.

Mütəxəssislər vurğulayıblar ki, bu birləşmə xüsusilə uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir, çünki onlar adətən kifayət qədər su qəbul etmirlər və bu da həzmi daha da çətinləşdirir.

Bundan əlavə, oxşar təsir yarada biləcək digər birləşmələr də var: liflə zəngin alma, müsli, chia toxumu və nar kimi məhsullar pektin tərkibli meyvə və giləmeyvələrlə (ayva, armud, qarağat, gavalı, böyürtkən, bektaşi üzümü, ərik) birlikdə yeyilməməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun