Böyrəklər orqanizmdə tullantı maddələrinin və artıq mayenin xaric edilməsində mühüm rol oynayır. Lakin son illərdə aparılan elmi araşdırmalar göstərir ki, böyrək çatışmazlığının ilkin mərhələləri çox vaxt simptomsuz keçir və xəstəlik yalnız irəliləmiş dövrdə özünü göstərir.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, erkən diaqnoz və həyat tərzi dəyişiklikləri xəstəliyin gedişatını xeyli ləngidə bilər.
Əsas simptomlar aşağıdakılardır:
Elmi mənbələrə görə, böyrək funksiyası zəiflədikdə aşağıdakı əlamətlər tez-tez müşahidə olunur:
-
Daimi yorğunluq və zəiflik hissi
-
Ürəkbulanma, qusma və iştahasızlıq
-
Ayaq, ələ və üz bölgəsində şişkinlik (ödem)
-
Sidikdə dəyişikliklər — miqdar azalması, köpüklü və ya qanlı sidik
-
Dəri qaşınması və quruluq
-
Diqqət pozulmaları və zehni bulanıqlıq
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlər digər xəstəliklərlə qarışdırıla bilər, buna görə də diaqnoz üçün qan və sidik analizləri mütləq aparılmalıdır.
Nəzrin Abbas