Xəstəliklər
Həkim insanlarda quduzluğun ilkin
Xəstəliklər
20

Həkim insanlarda quduzluğun ilkin simptomlarını açıqladı

Mütəxəssis izah etdi: heyvan dişlədikdən sonra faciədən qaçmaq üçün nə etməli?

E-saglam.az xəbər verir ki, “Fomina” klinikasının terapevti Tatyana Mayerenkova Zdorovye Mail nəşrinə açıqlamasında insanlara heyvanlardan keçə bilən ən təhlükəli və sağalmaz xəstəlik – quduzluq haqqında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, quduzluq mərkəzi sinir sisteminin zədələnməsi ilə nəticələnir və ölümlə sona çata bilər. İnfeksiya həm küçə itlərindən, həm də peyvənd olunmamış ev heyvanlarından – məsələn, pişiklərdən və ya dördayaqlı ev heyvanlarından – keçə bilər.

Virusun ötürülməsi heyvanın ağız suyu ilə baş verir:

  • dişləmə zamanı dərinin zədələnməsi və ya

  • yoluxmuş tüpürcəyin göz, ağız kimi selikli qişalara və ya açıq yaralara düşməsi nəticəsində.

İlkin əlamətlər:

İnkubasiya dövrü adətən 2 həftə ilə 2 ay arasındadır, bəzi hallarda isə 1 ilə qədər davam edə bilər. İlk simptomlar çox vaxt adi soyuqdəyməni xatırladır:

  • 37–37,5°C hərarət,

  • baş ağrısı,

  • ürəkbulanma,

  • boğaz ağrısı,

  • halsızlıq, narahatlıq və izaholunmaz qorxu hissi.
    Bundan əlavə, dişlənmiş nahiyədə ağrı, sancma və yanma hissi müşahidə olunur.

İrəliləmiş mərhələ:

Sonrakı mərhələdə klinik quduzluq əlamətləri yaranır:

  • çoxlu tüpürcək ifrazı və göz yaşarması,

  • hərarətin 38°C-dən yuxarı qalxması,

  • tərləmə, həyəcanlı davranış,

  • halüsinasiyalar, koordinasiya pozğunluğu,

  • hidrofobiya (su qorxusu) və aerofobiya (təmiz hava qorxusu).

Bu mərhələdə xəstəlik bir neçə gün ərzində ölümcül nəticə ilə – ürək və tənəffüs dayanması ilə – başa çatır.

Nə etməli?

Əgər sizi quduz və ya mənşəyi məlum olmayan bir heyvan dişləyibsə, dərhal:

  1. Yaranı bol su ilə yuyun,

  2. dərhal həkimə müraciət edin.

Mütəxəssislər antiquduz peyvənd kursuantiquduz immunoqlobulin inyeksiyası vasitəsilə vaxtında tibbi müdaxilənin yeganə həyatqurtaran tədbir olduğunu bildirirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun