Kulinariya
Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi
Kulinariya
118

Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı keçirilib

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı baş tutub.

E-saglam.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən bu mötəbər yarışmanın əsas məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin kulinariya irsini nümayiş etdirmək və onu həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmaq olub.

“Qarabağ Kuboku” çərçivəsində Qarabağ mətbəxi, müxtəlif ət yeməklərindən ibarət ənənəvi və müasir milli təamlar üzrə müsabiqələr, gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, eləcə də Qarabağ mövzusunda hazırlanmış bədii qənnadı heykəllərin nümayişi keçirilib.

Yarışlarda iştirak edən aşpazlar həm fərdi, həm də komanda şəklində çıxış edərək Azərbaycan mətbəxinin zənginliyini, Qarabağ bölgəsinin unikal kulinariya xüsusiyyətlərini ustalıqla təqdim ediblər.

Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, qaliblər “Qarabağ Kuboku” ilə yanaşı, fərdi və komanda nominasiyaları üzrə qızıl, gümüş bürünc medallarla təltif olunublar.

Üç gün davam edən tədbir çərçivəsində yerli aşpazlarla yanaşı, Türkiyə və Özbəkistanın tanınmış qastronomiya nümayəndələri də ustad dərsləri keçiblər. Bu dərslər zamanı iştirakçılar, xüsusilə gənc aşpazlar Qarabağ və ümumilikdə Azərbaycan milli mətbəxinin incəlikləri, həm ənənəvi, həm də müasir kulinariya texnikaları ilə yaxından tanış olublar, beynəlxalq təcrübə mübadiləsi aparıblar.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun