Qidalanma
Bənövşəyi tərəvəz və giləmeyvələrin
Qidalanma
114

Bənövşəyi tərəvəz və giləmeyvələrin gizli faydası

Bənövşəyi bitkilərin piqmentləri sürətli yaşlanmadan qoruyur.

E-saglam.az xəbər verir ki, Polşadakı Nikolays Kopernik Universitetinin alimləri meyvə və tərəvəzlərə bənövşəyi rəng verən antosiyaninlərin orqanizm üçün iki mühüm faydasını müəyyən ediblər. Məlum olub ki, bu maddələr fiziki fəaliyyət sonrası bədənin daha tez bərpa olunmasına kömək edirhüceyrələri yaşlanma ilə bağlı dəyişikliklərdən qoruyur. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc edilib.

Antosiyaninlər daha çox yaban mersini, qara qarağat, qırmızı kələm, bənövşəyi şirin kartof kimi məhsullarda olur. Bu maddələr antioksidant müdafiəsini gücləndirir, iltihabı azaldır və ürək-damar sisteminə müsbət təsir göstərir.

Tədqiqatçılar bildirirlər ki, antosiyaninlər Nrf2NF-κB kimi hüceyrə yollarını aktivləşdirərək orqanizmin oksidləşdirici stressə qarşı müdafiəsini artırır. Bu mexanizmlər sayəsində hüceyrələr məşqdən sonra zədələnmədən daha tez sağalır.

Daim antosiyaninlə zəngin qidalarla qidalanan könüllülər məşqdən sonra daha sürətli bərpaxroniki xəstəliklərə qarşı daha yüksək müqavimət göstəriblər.

Bununla belə, alimlər qeyd edir ki, antosiyaninlərin təsiri məhduddur — bu maddələrin cəmi təxminən 2%-i orqanizm tərəfindən mənimsənilir.

Mütəxəssislər bu birləşmələrin mənimsənilməsini artırmaq üçün yeni üsullar axtarırlar. Onlardan biri antosiyaninləri mikrokapsullara yerləşdirməkdir – bu üsul maddəni həzm sistemində dağılmaqdan qoruyur və hüceyrələrə çatmasını asanlaşdırır. Digər üsul isə nanoemulsiyaların yaradılmasıdır, bu zaman antosiyaninlər mayedə xırda damcılar şəklində paylanır və daha səmərəli udulur.

Araşdırma həmçinin göstərib ki, C vitamini (askorbin turşusu) antosiyaninlərin orqanizm tərəfindən udulmasını əhəmiyyətli dərəcədə artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun