Sağlamlıq
Səhər yeməyindən imtina sağlamlığa ciddi
Sağlamlıq
100

Səhər yeməyindən imtina sağlamlığa ciddi zərər vurur

Çinli alimlərin apardığı tədqiqat səhər yeməyini atlamağın bir neçə xəstəlik riskini artırdığını göstərib.

E-saglam.az xəbər verir ki, Ningxia Tibb Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, səhər yeməyindən müntəzəm imtina metabolik sindrom — yəni piylənmə, yüksək qan təzyiqi, şəkər və xolesterin səviyyəsinin artması kimi problemlərlə əlaqəlidir.

“Nutrients” jurnalında dərc olunan araşdırma 10 mindən çox iştirakçını əhatə edib. Nəticələrə əsasən, səhər yeməyini atlayanlarda bu sindromun inkişaf riski 10–26 faiz çoxdur. Ən güclü əlaqə qarın piylənməsi və yüksək qlükoza səviyyəsi ilə müşahidə olunub.

Alimlər bildirirlər ki, səhər yeməyi gün ərzində metabolizmanı sabit saxlayır, iştahanı tənzimləyir və qeyri-sağlam qidalanma meyillərini azaldır. Buna görə səhər yeməyindən imtina ürək-damar və endokrin xəstəlikləri üçün uzunmüddətli risk yarada bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun