2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 47.3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
E-saglam.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə bir faiz azdır. Amma qeyri-neft sektorunda artım dinamikası 4.8 faiz təşkil edib.
Belə ki, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1.9% azalıb, buna qarşılıq qeyri-neft sənayesində 4.8% artım qeydə alınıb.
Qeyri-neft sektorunda artım dinamikasında emal sektoru önə çıxıb. Statistik göstəricilərə əsasən, 2025-ci ilin ilk doqquz ayında:
• Əczaçılıq məhsullarının istehsalı 96.8%;
• Ağac emalı və ağac məmulatlarının istehsalı 59.2%;
• Toxuculuq sənayesi məhsullarının istehsalı 27.6%;
• Qida məhsullarının istehsalı 10.5%;
• Rezin və plastik məmulatların istehsalı 9.7% artıb.