Yeni elmi araşdırmaya görə, müntəzəm zeytun yağı istehlakı piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır.
E-saglam.az xəbər verir ki, İtaliyada aparılan və Frontiers of Nutrition jurnalında dərc olunan tədqiqatda məlum olub ki, zeytun yağı həm çəki itkisində, həm də qarın nahiyəsindəki piylənmənin azalmasında mühüm rol oynayır.
Araşdırmanın nəticələrinə əsasən, zeytun yağından istifadə etməyən insanlarda, onu mütəmadi şəkildə istifadə edənlərlə müqayisədə, qarın bölgəsində piy yığılma riski beş dəfə daha yüksəkdir.
Bu piylənmə çox vaxt daxili orqanların ətrafında toplanır və xaricdən görünməsə də, ürək-damar xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları, şəkərli diabet və yüksək xolesterin kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Alimlər qeyd edirlər ki, həftənin ən azı 6 günü gündə 2 xörək qaşığı sızma zeytun yağı qəbul etmək sağlam çəki idarəsi üçün ideal vərdiş ola bilər.
Tərcümə: Nəzrin Abbas