Mikrodalğalı soba uzun illərdir mətbəxin ayrılmaz hissəsidir, lakin bəzi qidaları orada qızdırmaq həm sağlamlıq, həm də cihaz üçün təhlükəlidir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər aşağıdakı qidaların mikrodalğada qəti qızdırılmamasını tövsiyə edir:
- Qabıqlı çiy yumurtalar – qeyri-bərabər istilik nəticəsində partlaya bilər.
- Süd – bəzi hissələrdə həddindən artıq qızma baş verir, bu da onu istehlak üçün yararsız edir.
- Acı bibər – kapsaisin ifrazı nəticəsində gözlərdə və tənəffüs yollarında yanma yarada bilər.
- Mayonez – qızdırıldıqda kanserogen maddələr əmələ gətirə bilər.
- Üzüm – mikrodalğada alovlana bilər.
- Qabıqlı kolbasa və pomidor – daxildə buxar yığıldığından partlayışa səbəb ola bilər.
Mütəxəssislər həmçinin uyğun qab seçiminin vacibliyini vurğulayırlar. Metal, kristal, qızıl örtüklü və ya folqa astarlı şüşə qablar qadağandır.
Plastik qablar da istiləndikdə zərərli maddələr buraxa bilər. Mikrodalğalı sobada yalnız istiyə davamlı şüşə qablardan istifadə tövsiyə olunur.
Tərcümə: Nəzrin Abbas