Sosial şəbəkələrdə geniş yayılan bəzi otaq bitkiləri ev heyvanları üçün zərərli ola bilər.
E-saglam.az xəbər verir ki, daxili bitki dizaynı mütəxəssisi Toni Gilbertin sözlərinə görə, aloe vera, Agave Americana və Dracaena tristrata kimi bitkilər pişik və itlərdə qusma, ishal, titrəmə və halsızlığa səbəb ola bilər.
Mütəxəssis həmçinin “mirvari simli” və Crassula ovata (pul ağacı) bitkilərinin də heyvanlarda depressiya və koordinasiya pozğunluğu yaratdığını bildirib. Gilbert ev heyvanı sahiblərinə bu bitkiləri diqqətlə seçməyi tövsiyə edib.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az