Diyetoloq Cutova: Mülayim miqdarda palma yağı digər yağlardan daha təhlükəli deyil
E-saglam.az xəbər verir ki, bəzi insanlar palma yağının ürək-damar xəstəlikləri və xərçəng riskini artırdığına inanırlar. “Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) dietoloqu Maryana Jutova bu fikrin əsassız olduğunu bildirib.
Jutovanın sözlərinə görə, palma yağı ilə bağlı ən geniş yayılmış mif onun xərçəngə səbəb olması inancıdır. “Palma yağı çox yüksək temperatura qədər qızdırıldıqda qlisidil efirləri adlanan zərərli birləşmələr əmələ gələ bilər. Lakin bu, yalnız palma yağına aid deyil — günəbaxan və ya kərə yağı da qızardıldıqda oxşar kanserogen maddələr əmələ gətirir,” — deyə həkim vurğulayıb.
Mütəxəssis həmçinin palma yağının zəhərli olması barədə iddiaların həqiqətə uyğun olmadığını qeyd edib. Onun tərkibində trans yağlar və xolesterol yoxdur, əvəzində çoxlu antioksidantlar, həmçinin A və E vitaminləri mövcuddur. Bu səbəbdən də, mülayim miqdarda qəbul edildikdə, palma yağı digər yağlardan daha təhlükəli sayılmır.
Diyetoloq əlavə edib ki, bəzi araşdırmalar pəhrizdə xurma yağının həddindən artıq istifadəsinin “pis” xolesterinin səviyyəsini artıra biləcəyini göstərir. Bununla belə, digər tədqiqatlar — xüsusilə də palma yağının digər bitki yağları ilə birgə istehlakı zamanı — onun neytral və ya hətta faydalı təsir göstərə biləcəyini ortaya qoyur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az