Faydalı
Həb qəbul edərkən insanların buraxdığı ən böyük
Faydalı
17

Həb qəbul edərkən insanların buraxdığı ən böyük səhv açıqlandı

Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan “Ən mühüm şey haqqında” verilişində insanların həb qəbul edərkən buraxdıqları ən böyük səhvdən danışıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, dərmanları səhv vaxtda və səhv dozada qəbul etmək ciddi səhvdir və sağlamlığa təhlükə yarada bilər.

“Ən böyük səhv — həbləri səhv vaxtda və səhv dozada qəbul etməkdir. Həm dərman yazmağı, həm də lazım gəldikdə dayandırmağı bacaran həkim tapmaq çox vacibdir,” — deyə Myasnikov bildirib.

O əlavə edib ki, səriştəli mütəxəssis eyni anda çox sayda dərman təyin etməməlidir. Həkim bunun orqanizm üçün ağır yük olduğunu və həyat üçün risk yaratdığını vurğulayıb.

“Bir dəfə bir xəstənin 16 fərqli dərman qəbul etdiyini gördüm. Bu, qəbuledilməzdir. İnsan eyni anda bu qədər həb içə bilməz,” — deyə o qeyd edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun