Sağlamlıq
Beyin qocalmasını yavaşlatmaq üçün dərmansız üsul
Sağlamlıq
16

Beyin qocalmasını yavaşlatmaq üçün dərmansız üsul kəşf edilib

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, istənilən yaşda siqareti tərgitmək beyin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə bilər.

E-saglam.az xəbər verir ki, The Lancet Healthy Longevity jurnalında dərc olunan araşdırmaya əsasən, siqareti buraxan insanların yaddaş və nitq zəifləməsi siqaret çəkməyə davam edənlərə nisbətən 20 faiz daha yavaş gedir.

Mütəxəssislərin sözlərinə görə, bu təsir nikotindən imtinanın damar sistemini bərpa etməsi, iltihabı azaltması və beynin oksigenlə təchizatını yaxşılaşdırması ilə bağlıdır. Alimlər hesab edirlər ki, hətta 50-60 yaşlarında belə siqareti tərgitmək zehni aydınlığı qorumaq və demans riskini azaltmaq üçün təsirli addımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun