Qidalanma
Mütəxəssis xəbərdarlıq etdi: Borş hər kəs üçün
Qidalanma
130

Mütəxəssis xəbərdarlıq etdi: Borş hər kəs üçün faydalı deyil

Vitaminlər, minerallar və liflə zəngin olmasına baxmayaraq, borş bəzi insanlar üçün zərərli ola bilər.

E-saglam.az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı vəzifəsini icra edən İrina Lyalina bildirib.

Mütəxəssisin sözlərinə görə, mədə-bağırsaq problemləri, podaqra, artıq çəki və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bu yeməyi tez-tez qəbul etməməlidirlər. O, qeyd edib ki, uzun müddət qaynadılmış sümüklərdən hazırlanan bulyonlar qastrit, xora, pankreatit və podaqra xəstələri üçün xüsusilə təhlükəlidir, çünki belə bulyonlar purinlərlə zəngindir və bu maddələr orqanizmdə sidik turşusuna çevrilir.

“Uzun müddət bişirildikdə ətdən ağır metallar və zəhərli maddələr ayrılır. Yağlı ətdən hazırlanan bulyonlar damar xəstəlikləri, artıq çəki və pankreatitli insanlar üçün zərərlidir. Həmçinin çox yağda qızartma mədə yanmasına və artıq kalori qəbuluna səbəb ola bilər,” – deyə bioloq vurğulayıb.

Lyalina əlavə edib ki, tərəvəzlər çox tez və ya düzgün bişirilmədikdə, onlardan nitratlar ayrılır. Bu maddələr qan təzyiqini və kəllədaxili təzyiqi artıra, ürək-damar sisteminə mənfi təsir göstərə bilər. O, həmçinin qan xəstəlikləri və hipoksiyaya meyilli şəxslərə də xəbərdarlıq edib, çünki tərəvəz mənşəli nitratlar toxumaların oksigenlə təminatını pozan methemoqlobinin əmələ gəlməsinə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, turşəngli borş podaqradan əziyyət çəkənlərə qadağandır, həmçinin şorbaya duzlu inqrediyentlərin əlavə edilməsi yeməyin turşuluğunu və duz miqdarını artırır ki, bu da ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun