Tinnitus – qulaqda xarici mənbəsi olmayan səslərin eşidilməsi halıdır. Bəziləri bunu “çınqıl səsləri”, “arı cırıltısı” və ya “dəniz uğultusu” kimi təsvir edir. Səslər real deyil və əksər hallarda xoşagəlməzdir.
E-saglam.az sizi maraqlandıran bütün sualları araşdırdı. Nəticələri sizə təqdim edirik:
Tinnitus necə yaranır?
Normal qulaqda səs dalğaları daxili qulağa çatır, oradakı tüklü hüceyrələr səsi elektrik siqnallarına çevirir və beyin tərəfindən qəbul olunur.
Tüklü hüceyrələr zədələndikdə siqnallar pozulur və neyronlar qeyri-adekvat fəaliyyət göstərir. Nəticədə fərzi səslər yaranır.
Tinnitusun səbəbləri:
Uzun müddət yüksək səsə məruz qalmaq (konsertlər, tikinti, iş yerləri).
Qulaq və burun infeksiyaları, qulaq mumu yığılması.
Bəzi dərmanlar (aspirin, ağrıkəsicilər, bəzi diuretiklər və antidepressantlar).
Meniere xəstəliyi, otoskleroz.
Üz-çənə oynağı problemləri.
Qan şəkəri, qalxanvari vəzi xəstəlikləri, baş və boyun travmaları.
Stress və yorğunluq səsləri gücləndirir.
Nadir hallarda (təxminən 1%) səslər daxili orqanlardan gəlir və obyektiv tinnitus adlanır. Həkim stetoskopla eşidə bilər.
Həkimə nə zaman müraciət etmək lazımdır?
Qulaqda ağrı və ya axıntı varsa
Başgicəllənmə və tarazlıq pozulması müşahidə olunursa
Eşitmə zəifləyirsə
Səs daimi və gündəlik həyatı çətinləşdirirsə
Tinnitus həmişə eşitmə itkisinə səbəb olurmu?
Xeyr. Tinnitus əksər hallarda ciddi xəstəliyin əlaməti deyil. Bəzən eşitmə itkisi ilə müşayiət olunur, lakin tinnitus birbaşa korluq gətirmir.
Müalicə mümkündürmü?
Əksər hallarda tinnitus tamamilə müalicə olunmur.
Amma bəzi hallarda zərəri aradan qaldırmaq olar: qulaq mumu təmizləmək, infeksiyanı müalicə etmək, üz-çənə oynağını düzəltmək, dərman dəyişdirmək.
Hər zaman müdaxilə tələb olunmur. ABŞ Tinnitus Assosiasiyasının sorğusuna görə, təxminən 1/3 xəstələr səslərin həyatlarına çox təsir etmədiyini bildirir.
Tinnitusla baş etməyin yolları:
Səsləri görməməzlikdən öyrənmək
Səs maskalama proqramları və ya qulaq cihazları ilə ağ səs, təbiət səsləri və ya musiqi ilə tinnitusun üstünü örtmək
Tinnitus geniş yayılmış haldır və əksər hallarda təhlükəli deyil. Lakin səslər sizi narahat edir, yuxu və gündəlik həyatınıza təsir edirsə, həkimə müraciət etmək vacibdir.
Tərcümə: Nəzrin Abbas