Amerika alimlərinin yeni araşdırmasına görə, hamiləlikdə spirt və siqaret istifadəsi döl itkisi (mərtvordoğum) riskini təxminən 3 dəfə artırır.
E-saglamaz xəbər verir ki, tədqiqat Cənubi Afrika və Şimali ABŞ-dan 8,5 min qadın üzərində aparılıb və 11,6 min hamiləlik izlənib. Nəticələr göstərib ki:
Yalnız spirt qəbulu riski 2,22 dəfə artırır.
Yalnız siqaret riski 1,6 dəfə yüksəldir.
Spirt və siqaret birlikdə riski 2,78 dəfə artırır.
Mütəxəssislər vurğulayırlar ki, ilk trimesterdən sonra spirt və siqaret istifadəsi xüsusilə təhlükəlidir. Sağlam hamiləlik üçün zərərli vərdişlərdən tam imtina vacibdir.
Tərcümə: Nəzrin Abbas