Qidalanma mütəxəssisləri çovdar çörəyini həm ürək-damar sağlamlığı, həm də həzm sistemi üçün ən faydalı çörək növlərindən biri hesab edirlər. Tərkibindəki yüksək lif, vitaminlər və mineral maddələr sayəsində bu çörək bədəni bir çox xəstəliklərdən qoruyur.
E-saglam.az xəbər verir ki,qidalanma mütəxəssisləri çovdar çörəyini həm ürək-damar sağlamlığı, həm də həzm sistemi üçün ən faydalı çörək növlərindən biri hesab edirlər.
Tərkibindəki yüksək lif, vitaminlər və mineral maddələr sayəsində bu çörək bədəni bir çox xəstəliklərdən qoruyur.
Faydalarını sizə təqdim edirik:
1. Qan şəkərini stabilləşdirir:
Ağ undan fərqli olaraq, çovdar çörəyi aşağı qlisemik indekssə malikdir. Bu o deməkdir ki, qanda şəkərin səviyyəsini kəskin şəkildə artırmır və diabet riski olan şəxslər üçün daha uyğundur.
2. Həzm sistemini yaxşılaşdırır:
Çovdar çörəyindəki pəhriz lifi bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və sağlam mikrofloranın formalaşmasına kömək edir. Lif həm də orqanizmdən zərərli maddələrin xaric olmasını sürətləndirir.
3. Toxluq hissini uzadır:
Çovdar çörəyi uzun müddət toxluq hissi yaradır, bu isə arıqlamaq istəyənlər üçün böyük üstünlükdür. Onun tərkibindəki kompleks karbohidratlar enerjini tədricən bədənə ötürür və aclıq hissini azaldır.
4. Ürək və damar sağlamlığını qoruyur:
Tədqiqatlara görə, çovdar məhsulları xolesterin səviyyəsini aşağı salır, damar elastikliyini artırır və infarkt və insult riskini azaldır. Tərkibindəki maqnezium, sink və kalium ürək əzələsini gücləndirir.
5. İmmuniteti möhkəmləndirir:
Çovdar çörəyi B qrupu vitaminləri, dəmir və antioksidantlarla zəngindir. Bu maddələr sinir sisteminin fəaliyyətini dəstəkləyir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və immun sistemini gücləndirir.
Mütəxəssislər gündəlik rasionda ağ un məhsullarını məhdudlaşdırmağı və onların yerinə çovdar çörəyi kimi daha faydalı alternativlər seçməyi tövsiyə edirlər. Amma həzm problemləri və ya qlutenə həssaslığı olan insanlar bu çörəyi həkimlə məsləhətləşdikdən sonra istehlak etməlidirlər.
Tərcümə: Nəzrin Abbas