Xəstəliklər
Mədə yanmasına qarşı vasitələr: hansılar həqiqətən
Xəstəliklər
120

Mədə yanmasına qarşı vasitələr: hansılar həqiqətən kömək edir?

Mədə yanması (izjoga) — döş qəfəsinin arxasında yaranan yanma hissidir. Əksər hallarda bu, qastroezofageal reflüks xəstəliyi (GERB) ilə bağlı olur. Bu zaman mədə turşusu qida borusuna qayıdaraq onun selikli qişasını qıcıqlandırır.

E-saglam.az xəbər verir ki, mədə yanmasına qarşı xalq arasında çoxsaylı “reseptlər” var, lakin həkimlər onların əksəriyyətini tövsiyə etmir. Mədə yanması zamanı aşağıdakı vasitələri sınaqdan keçirə bilərsiniz:

Soda – mədə turşusunu neytrallaşdıraraq qısa müddətli rahatlıq verir, lakin təsiri keçdikdən sonra yanma yenidən güclənə bilər. Həddindən artıq istifadə isə qıcıqlanma, qusma və mədə-bağırsaq pozğunluqları yarada bilər.

Süd – bəzi hallarda yanmanı azaldır, lakin tərkibindəki yağlar reflüksü artırdığı üçün əks təsir də göstərə bilər.

Bitki mənşəli vasitələr – çobanyastığı, zəncəfil, ədviyyatlar və bənzər təbii məhsullar bəzən müsbət təsir göstərsə də, elmi sübutlar hələ kifayət qədər deyil.

Həkimlərin fikrincə, mədə yanmasından qurtulmaq üçün kompleks yanaşma lazımdır:

Bədən çəkisini normada saxlamaq

Siqaret və alkoqoldan uzaq durmaq

Yağlı, turş, qazlı, çox isti və ya soyuq yeməkləri məhdudlaşdırmaq

Az-az, amma tez-tez yemək

Axşam yuxudan ən azı 2 saat əvvəl yeməyi bitirmək

Yatarkən başın bir qədər hündürdə olması

Yüngül hallarda bu tədbirlər antasid və alqinat tərkibli dərmanlarla (məsələn, maqnezium hidroksid və ya natrium alqinat) birləşdirildikdə kifayət edir.

Davamlı və tez-tez təkrarlanan yanma zamanı isə həkim proton nasos inhibitorları (omeprazol və s.) təyin edə bilər.


Qeyd edək ki, soda və süd kimi “xalq üsulları” yalnız müvəqqəti rahatlıq gətirə bilər. Mədə yanmasından effektiv şəkildə xilas olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi və həkim nəzarəti altında müalicə vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun