Yeni araşdırmaya görə, gündə 8 saatdan çox kompüter, televizor və ya telefon qarşısında vaxt keçirmək insult riskini 7 dəfə artırır.
E-saglam.az xəbər verir ki, Kanadanın Kalqari Universitetinin alimləri 143 min nəfərin sağlamlıq məlumatlarını 9 il ərzində izləyiblər. Nəticələr göstərib ki, oturaq həyat tərzi keçirən insanlarda beynə qan axınının pozulması riski əhəmiyyətli dərəcədə yüksəlir.
Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə həftədə ən azı 150 dəqiqə fiziki aktivlik etməyi və oturaq vaxtı azaltmağı tövsiyə edir. Mütəxəssislər bildirirlər ki, gündəlik gəzinti və yüngül hərəkətlər belə oturaq həyat tərzinin mənfi təsirlərini azalda bilər.
Tərcümə: Nəzrin Abbas