Xəstəliklər
Gecə altını isladan uşaqların valideynlərinə
Xəstəliklər
81

Gecə altını isladan uşaqların valideynlərinə xəbərdarlıq!

Uşaqlarda tez-tez rast gəlinən gecə sidik qaçırma (enürezis nokturna) problemi valideynlər üçün narahatlıq yaradır. Erciyes Universitetindən uşaq nefroloqu Dr. Neslihan Günay bildirib ki, bu vəziyyət uşağın tənbəlliyi və ya iradəsizliyi ilə bağlı deyil — genetik, inkişaf və ətraf mühit amillərinin təsiri nəticəsində yaranır.

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, 5 yaşdan sonra davam edən gecə sidik qaçırma halları sadə tədbirlərlə çox vaxt müalicə oluna bilər:

Yatmazdan 2 saat əvvəl maye qəbulunu azaltmaq, uşağı yatmazdan əvvəl tualetə aparmaq, gecə yuxudan qaldırıb bir dəfə sidiyə çıxarmaq, şəkərli və kofeinli qidaları məhdudlaşdırmaq.

Əgər uzun müddət quru qaldıqdan sonra yenidən islatma başlayırsa və gündüz də eyni hal müşahidə olunursa, həkimə müraciət edilməlidir.

Dr. Günay valideynlərə səbirli və dəstəkləyici olmağı tövsiyə edib: “Bu problem müalicə oluna bilər, uşağınızı günahlandırmayın”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun