Sağlamlıq
Soyuq havalarda bədəni
Sağlamlıq
66

Soyuq havalarda bədəni isidən qidalar

Qidalanma üzrə mütəxəssis, diyetoloq Bətül Merd bildirib ki, qış aylarında doğma ənənəvi qidalar – bəhməz, paxlalılar və quru meyvələr həm toxluq hissi yaradır, həm də bədən istiliyini qorumağa kömək edir.

E-saglam.az xəbər verir ki, Bətül Merdin sözlərinə görə, bəkməz qışda ən çox istilik verən təbii qidalardan biridir:

“Soyuq havalar yaxınlaşdıqda həm immunitetimizi gücləndirmək, həm də bədənimizi isti saxlamaq üçün qidalanmamıza diqqət etməliyik. Bu zaman ilk ağla gələn məhsullardan biri bəhməzdir. Bəhməz tərkibindəki təbii şəkərlər sayəsində tez enerji verir, qan dövranını dəstəkləyir və xüsusilə üşüyən insanlar üçün qış aylarında təbii istilik mənbəyidir. Həmçinin dəmir, kalsium və kalium baxımından da olduqca zəngindir. Səhərlər bir çay qaşığı bəhməz qəbul etmək gün boyu enerji verir və orqanizmin müqavimətini artırır”.

Mütəxəssis əlavə edib ki, bəhməzlə yanaşı qoz-fındıq, paxlalılar və ədviyyatlar da bədəni istilikdə saxlamaqda əhəmiyyətli rol oynayır:

Zəncəfil darçın kimi ədviyyatlar metabolizmanı sürətləndirir, qan dövranını artıraraq bədəni isidir. Quru paxlalılar tərkibindəki mürəkkəb karbohidratlar sayəsində uzunmüddətli toxluq yaradır və bədənə enerji verir. Qoz, badam və digər çərəzlər isə sağlam yağ turşuları ilə həm immuniteti gücləndirir, həm də istilik hissini artırır. Qış aylarında isti şorba bitki çayları həm maye ehtiyacını qarşılayır, həm də bədəni isidir”.

Bətül Merd vurğulayıb ki, qışda təbii və ənənəvi qidaları süfrədən əskik etməmək, həm sağlam qalmağa, həm də enerjili olmağa kömək edir:

“Bəhməz kimi ənənəvi məhsulları müasir qidalanma vərdişlərimizlə birləşdirsək, həm sağlamlığımızı qoruya, həm də soyuq günlərdə enerjimizi yüksək saxlaya bilərik”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun