Sağlamlıq
Plastik butulkadan su içənlər diqqət!
Sağlamlıq
23

Plastik butulkadan su içənlər diqqət! Risk altındasınız

Yeni araşdırma göstərir ki, milyonlarla insan gündəlik həyatında fərqinə varmadan ciddi bir sağlamlıq riski ilə üzləşir. Kanada Concordia Universitetindən ətraf mühit üzrə mütəxəssis Sara Sajedi və komandasının apardığı tədqiqat plastik butuka ilə qablaşdırılmış sularda təhlükəli səviyyədə mikroplastik hissəciklər aşkar edib.

E-saglam.az xəbər verir ki, araşdırmaya görə, müntəzəm olaraq butulka su içənlər, kran suyu içənlərə nisbətən illik təxminən 90 min daha çox mikroplastik qəbul edir. Bu mikroskopik parçacıq plastik məhsulların istehsalı, saxlanması və daşınması zamanı suya qarışır, yəni hər yudumda plastik birbaşa bədənə daxil olur.

Kronik təhlükə və uzunmüddətli təsirlər:

Sajedi bildirir ki, bu parçacıqların yaratdığı risk qısa müddətli deyil, uzunmüddətlidir:

“Plastik butulkadan su içmək təcili hallarda problem yaratmır, lakin gündəlik vərdiş halına gəlməməlidir. İnsanların bu risk barədə məlumatlı olması vacibdir”.

Mikroplastiklər oksidləşmə stresi, xroniki iltihab, hormonal pozuntular, sonsuzluq, sinir sistemi zədələnməsi və hətta xərçəng kimi sağlamlıq problemlərinə yol açır.

Bağırsaq florasına təsir və psixoloji təsirlər:

Avstraliyada aparılan araşdırmalar mikroplastiklərin bağırsaq mikrobiyotasını dəyişdiyini göstərib. Bu dəyişikliklər, həmçinin bağırsaq xərçəngi və depressiya riskini artıran mikrob nümunələri ilə üst-üstə düşür.

Bədənə yayılması:

Mikroplastiklər yalnız bağırsaqda qalmır, ağciyər, qan, ana südü və plasenta daxil olmaqla bədənin bir çox yerinə yayıla bilir. Bu da onların təbii müdafiə bariyerlərini aşaraq həyati orqanlara yerləşdiyini göstərir.

Yeni tənzimləmə çağırışı:

Sara Sajedi vurğulayır ki, tek istifadəlik plastik şüşələrin istifadəsi yenidən qiymətləndirilməlidir:

“Sağlamlıq orqanları istehsaldan istifadəyə qədər bütün prosesi gözdən keçirməli, mikroplastiklərin varlığı və təsirləri barədə istehlakçılara məlumat verməlidir”.

O əlavə edir ki, plastik istehsalçıları məhsullarının bütün həyat dövrünə görə məsuliyyət daşımalıdır:

“Plastik çirklənmə yalnız ətraf mühit məsələsi deyil, eyni zamanda ictimai sağlamlıq böhranıdır. Bu səbəbdən tənzimləyici tədbirlər gecikmədən həyata keçirilməlidir”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun