Tibbi xəbərlər
Təcili tibbi yardım briqadası doğuşu ev şəraitində
Tibbi xəbərlər
90

Təcili tibbi yardım briqadası doğuşu ev şəraitində həyata keçirib

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini ev şəraitində icra etmək məcburiyyətində qalıb.

E-saglam.az xəbər verir ki, çağırış ünvanına çatan tibbi heyət, 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış yerində, sonrakı mərhələsi isə təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

Ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Hazırda ana və körpə Xəzər Tibb Mərkəzində nəzarət altındadır. Yeni doğulan körpə oğlandır, çəkisi 3 kiloqram 150 qram, boyu isə 50 santimetrdir.

Həkimlərin məlumatına görə, hər ikisinin vəziyyəti qənaətbəxşdir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun