Xəbərlər
Bakıda iş saatları dəyişir – sıxlığın
Xəbərlər
129

Bakıda iş saatları dəyişir – sıxlığın qarşısı alınacaq

Paytaxtda və iri şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə iş rejiminin dəyişdirilməsi istiqamətində addımlar atılır. Bu məqsədlə təhsil və tibb müəssisələrində, eləcə də digər sahələrdə iş saatlarının fərqli vaxtlarda başlaması planlaşdırılır. Bəs ölkəmizdə iş saatı necə dəyişəcək? Bəzi müəssislərdə iş saat 7-də başlaya bilərmi?

E-saglam.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, bu model bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır:

“Məsələn, Belçikada bəzi müəssisələrdə iş saatı səhər 7-də, digərlərində isə 8-də başlayır. Azərbaycanda da hansı saatların seçilməsi hazırlanacaq mexanizmdən asılı olacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir”, - deyə deputat bildirib.

©Bizim.Media

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun