Qidalanma
Bu tərəvəzlər şəkərin bədənə zərərli
Qidalanma
68

Bu tərəvəzlər şəkərin bədənə zərərli təsirini azaldır

New York Post: Soğan və sarımsaq şəkərin bədənə zərərli təsirini azalda bilər.

E-saglam.az xəbər verir ki, Nyu-York Post qəzeti Kaliforniya Universitetinin (İrvine, ABŞ) alimlərinin araşdırmasına istinadən yazır ki, bəzi tərəvəzlər şəkərin orqanizmə mənfi təsirini azalda bilər.

Həkim Çolsun Çjanqın rəhbərlik etdiyi tədqiqatçılar soğan və sarımsaqda inulin adlı xüsusi lif növünün olduğunu müəyyən ediblər. Bu maddə bağırsaq mikroflorasını dəyişdirərək bakteriyaların qaraciyərə çatmazdan əvvəl bədəndəki fruktozanın bir hissəsini parçalamağa başlamasına səbəb olur. Nəticədə qaraciyərin yükü azalır, alkoqolsuz qaraciyər xəstəliyi və insulin müqaviməti riski aşağı düşür.

Alimlərin sözlərinə görə, inulin həmçinin qanda qalan şəkərin serin və qlutatyon kimi faydalı maddələrə çevrilməsinə kömək edir. Bu maddələr qaraciyəri oksidləşdirici stress və iltihabdan qoruyur.

Tədqiqat rəhbəri Zhang qeyd edir ki, bu kəşf, normal çəkidə olsa da, gizli metabolik pozğunluqlardan əziyyət çəkən insanlar üçün xüsusilə vacibdir. Gələcəkdə bu məlumatlar diabet də daxil olmaqla müxtəlif maddələr mübadiləsi problemlərinə qarşı qidalanma strategiyalarının hazırlanmasına imkan verə bilər.

Tərcümə: Nəzrin Abbas

E-sagla.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun