Sağlamlıq
Gözlərin tez-tez sulanması ciddi xəstəliyin
Sağlamlıq
74

Gözlərin tez-tez sulanması ciddi xəstəliyin əlaməti ola bilər

Gözlərdə bəzən yaranan sulanma külək, toz və ya mövsümi allergiya kimi amillərlə bağlı olduqda normal sayılır. Lakin bu hal tez-tez təkrarlanır və davamlı olarsa, daha ciddi bir göz xəstəliyinin xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, gözlərin daimi sulanması əsasən iki səbəbdən yaranır: ya göz yaşı ifrazı normadan artıq olur, ya da göz yaşı kanalları vasitəsilə kifayət qədər axıdılmır. Hər iki hal müxtəlif sağlamlıq problemləri ilə əlaqəli ola bilər.

Tez-tez göz sulanmasının əsas səbəbləri:

1. Allergik reaksiyalar – Polen, toz, heyvan tükü, kosmetik vasitələr və bəzi qidalar gözdə qaşınma, qızartı və sulanmaya səbəb ola bilər. Bu, çox vaxt allergik konyunktivitin əlamətidir.
Göz infeksiyaları – Bakteriya və ya virus mənşəli infeksiyalar gözdə yanma, çapıq və sulanma ilə müşahidə olunur. Müalicə olunmadıqda, infeksiya gözyaşı vəzlərini daha çox işləməyə vadar edir.

2. Gözün qıcıqlanması və ya yad cisim – Toz, kirpik, kontakt linza və ya makiyaj qalığı gözü qıcıqlandıra bilər. Bədən isə buna qarşı müdafiə olaraq daha çox gözyaşı istehsal edir.

3. Gözyaşı kanalı tıxanması – Gözyaşının burun boşluğuna axdığı kanalların bağlanması, xüsusilə körpələrdə və yaşlılarda, daimi sulanmaya səbəb olur.

4. Dərmanların yan təsirləri – Xüsusilə qlaukoma (göz təzyiqi) üçün istifadə edilən bəzi damlalar göz səthini qıcıqlandıraraq artıq gözyaşı ifrazına səbəb ola 

Aşağıdakı hallardan biri müşahidə olunarsa, mütləq göz həkiminə müraciət etmək lazımdır:

  • Tək gözün uzun müddət sulanması
  • Gözdə yanma, batma və ağrı
  • Görmənin bulanıqlığı və işığa həssaslıq
  • Göz ətrafında şişlik, qızartı və ya irin
  • Çapaklanma və yapışqan axıntı  

Qeyd edək ki, vaxtında müayinə və düzgün müalicə görmənin qorunması üçün son dərəcə vacibdir. Göz sağlamlığınızı laqeyd yanaşmayın, həkimə müraciəti gecikdirməyin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun