London Kral Kollecinin alimləri xroniki qəbizlikdən əziyyət çəkənlər üçün ilk sübuta əsaslanan pəhriz tövsiyələrini açıqlayıblar.
E-saglam.az xəbər verir ki,“Neurogastroenterology & Motility” jurnalında dərc olunan araşdırmaya görə, kivi, çovdar çörəyi və yüksək duzlu mineral su qəbizliyin simptomlarını əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssislər psyllium qabığı, müəyyən probiotiklər və maqnezium oksidi tərkibli əlavələrin də bağırsaq fəaliyyətini yaxşılaşdırdığını bildirirlər. Alimlər vurğulayırlar ki, “daha çox lif yeyin” kimi ümumi məsləhətlərin effektivliyi sübut olunmayıb.
Qeyd edək ki, əvvəlki tədqiqatlar da kivi qəbulunun əhval-ruhiyyəni yaxşılaşdırdığını və stressi azaltdığını göstərmişdi.
Tərcümə: Nəzrin Abbas