Türk qəhvəsi yalnız dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir.
E-saglam.az xəbər verir ki, qidalanma mütəxəssisi Dyt. Veysel Ciğerli bildirir ki, müntəzəm və balanslı şəkildə içildikdə qəhvə stressi azaldır, xərçəng və diabet riskini aşağı salır.
Antioksidant təsiri: Qəhvə toxumundakı antioksidantlar orqanizmi oksidləşdirici stressdən qoruyur, bu da hüceyrələrin zədələnməsinin qarşısını alır. Araşdırmalar göstərir ki, gündə 2–3 fincan türk qəhvəsi içənlərdə qaraciyər xərçəngi riski daha azdır.
Diş və dəri sağlamlığı: Qəhvə bakteriyalara qarşı qoruyucu təsir göstərir, diş çürüməsinin qarşısını alır. Kofein tərkibli kremlər qan dövranını artıraraq dərinin daha canlı görünməsinə kömək edir.
Diabet və ürək üçün faydalı: Tədqiqatlara görə, qəhvə içənlərdə 2-ci tip diabet riski 50% azdır. Həmçinin, qəhvə ürək-damar sağlamlığını dəstəkləyir və qan dövranını yaxşılaşdırır.
Toxluq və enerji verir: Qəhvə mərkəzi sinir sistemini stimullaşdıraraq yorğunluğu azaldır, eyni zamanda toxluq hissini artırır.
Qaraciyəri qoruyur: Qəhvə qaraciyərin yağlanmasının qarşısını ala və orqanın funksiyasını gücləndirə bilər.
Qeyd edək ki, gündə 2–3 fincan türk qəhvəsi sağlamlıq üçün faydalıdır, lakin həddindən artıq istehlak etmək əks təsir göstərə bilər.
Tərcümə: Nəzrin Abbas