Qidalanma
Yumurtanın faydaları
Qidalanma
95

Yumurtanın faydaları saysız-hesabsızdır

Qidalanma mütəxəssisləri yumurtanın sağlam beyin, əzələ, dəri, göz və sinir sisteminin inkişafı üçün vacib qida mənbəyi olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, Türkiyə Yumurta İstehsalçıları Mərkəzi Dərnəyi (YUM-BİR) Dünya Yumurta Günü münasibətilə yaydığı bəyanatda yumurtanın insan həyatındakı əhəmiyyətini və sağlam qidalanmadakı rolunu vurğulayıb.

Məlumatda qeyd olunub ki, Dünya Yumurta Günü 1996-cı ildən etibarən hər il oktyabrın ikinci cümə günü qeyd olunur və məqsəd bu qidanın sağlamlıq üçün dəyərini xatırlatmaqdır.

Bəyanatda bildirilib ki, yumurta 14 əsas qida elementini özündə birləşdirən təbii vitamin mənbəyidir:

“Yumurta A, B, D və E vitaminləri ilə yanaşı, dəmir, sink, kalsium, natrium, yod, selen və yüksək keyfiyyətli proteinlə zəngindir. O, beynin inkişafı üçün vacib olan xolinin əsas mənbəyidir, ürək-damar xəstəlikləri riskini azaldır və yaşa bağlı yaddaş zəifləməsinin qarşısını alır.”

YUM-BİR-in məlumatına görə, Türkiyə illik 22 milyard yumurta istehsalı və 450 milyon dollarlıq ixracı ilə dünyada ilk 5-likdə yer alır. Ölkə hazırda 56 ölkəyə — o cümlədən Afrika, Körfəz ölkələri, Aİ və ABŞ bazarlarına yumurta ixrac edir.

Bəyanatda həmçinin uşaqların sağlam qidalanmasının əhəmiyyətinə diqqət çəkilib:

“Məktəb yaşlı uşaqların gündə ən azı 1-2 yumurta yeməsi onların sağlam inkişafına kömək etməklə yanaşı, davamlı istehsalın qorunmasına da dəstək verir”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun