Tibbi xəbərlər
TƏBİB media nümayəndələri üçün “Açıq qapı”  günü keçirib -
Tibbi xəbərlər
103

TƏBİB media nümayəndələri üçün “Açıq qapı” günü keçirib - FOTOLAR

TƏBİB-in təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib. Tədbirin məqsədi poliklinikanın fəaliyyəti ilə tanışlıq və qrip əleyhinə peyvənd prosesinin izlənilməsi olub.

E-saglam.az TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, ötən il 34 mindən çox vətəndaş qrip əleyhinə peyvənd olunub və insanların peyvəndə marağı artmaqdadır.

Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva vurğulayıb ki, oktyabrın 8-dən bu günədək 741 nəfər peyvənd olunub, onlardan 641-i Bakıdadır. Aktivlik Sumqayıt, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaşda müşahidə olunur.

Poliklinikanın baş həkimi Təranə Nurəlibəyova qeyd edib ki, peyvənd prosesi “soyuq zəncir” sisteminə uyğun həyata keçirilir və həm böyükləri, həm də 6 aydan yuxarı uşaqları əhatə edir.

Tədbir sual-cavab sessiyası və media nümayəndələrinin könüllü peyvəndlənməsi ilə yekunlaşıb.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun