Xəbərlər
İtaliyadan ölkəmizə idxal olunan bioloji aktiv qida məhsulları məhv edildi -
Xəbərlər
1637

İtaliyadan ölkəmizə idxal olunan bioloji aktiv qida məhsulları məhv edildi - FOTO

İtaliyadan ölkəmizə idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "NES Group" MMC-nin İtaliyadan idxal etdiyi, "İnalme s.r.l" müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla "Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml" əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun