Qurudulmuş gavalı mədə-bağırsaq sistemini, ürək və sümükləri qoruyan lif, vitamin və minerallarla zəngin super qida sayılır.
E-saglam.az xəbər verir ki, 100 qram gavalıda 241 kalori, 2,3 qram zülal, 0,7 qram yağ və 57,5 qram karbohidrat var. Tərkibində C, B6, K vitaminləri, kalium, maqnezium, fosfor, dəmir və lif mövcuddur.
Sağlamlığa faydaları:
- Həzm sistemi: Yüksək lif və sorbitol tərkibli gavalı qəbizliyi aradan qaldırır, bağırsaq hərəkətini yaxşılaşdırır.
- Ürək və damarlar: Kalium və polifenollar qan təzyiqini tənzimləyir, damar elastikliyini artırır.
- İmmunitet: C vitamini orqanizmin müdafiəsini gücləndirir.
- Sümüklər: K vitamini və kalsium sümüklərin möhkəmlənməsinə, osteoporozun qarşısına kömək edir.
- Enerji və qan: Dəmir və B vitaminləri anemiyanın qarşısını alır, yorğunluğu azaldır.
- Sinir sistemi: B6 vitamini və maqnezium stressi və yuxusuzluğu azaldır.
Qadın və kişilər üçün faydaları:
Qadınlarda hamiləlik və menstruasiya zamanı qəbizlik və anemiyaya qarşı faydalıdır, menopoz dövründə sümük sağlamlığını dəstəkləyir.
Kişilərdə prostat və ürək sağlamlığını qoruyur, iltihabı azaldır.
100 qram gavalıda 241 kalori, 2,3 qram zülal, 0,7 qram yağ və 57,5 qram karbohidrat var. Tərkibində C, B6, K vitaminləri, kalium, maqnezium, fosfor, dəmir və lif mövcuddur.
Sağlamlığa faydaları:
- Həzm sistemi: Yüksək lif və sorbitol tərkibli gavalı qəbizliyi aradan qaldırır, bağırsaq hərəkətini yaxşılaşdırır.
- Ürək və damarlar: Kalium və polifenollar qan təzyiqini tənzimləyir, damar elastikliyini artırır.
- İmmunitet: C vitamini orqanizmin müdafiəsini gücləndirir.
- Sümüklər: K vitamini və kalsium sümüklərin möhkəmlənməsinə, osteoporozun qarşısına kömək edir.
- Enerji və qan: Dəmir və B vitaminləri anemiyanın qarşısını alır, yorğunluğu azaldır.
- Sinir sistemi: B6 vitamini və maqnezium stressi və yuxusuzluğu azaldır.
Tərcümə: Nəzrin Abbas