Faydalı
Ac qalmağa ehtiyac yoxdur-
Faydalı
177

Ac qalmağa ehtiyac yoxdur- Yemək yeyərək arıqlayın

Artıq sevdiyiniz yeməklərdən imtina etmədən də arıqlaya bilərsiniz. Dünyaca məşhur sağlamlıq və qidalanma mütəxəssisi Dr.Eric Berg, hər kəsin asanlıqla həyata keçirə biləcəyi sadə üsulu paylaşıb.

E-saglam.az xəbər verir ki, "Sağlam Keto Plan" kitabının müəllifi, Dr. Berg 13,9 milyon abunəçisi olan YouTube kanalında yayımladığı videoda alma sirkəsinin sağlamlığa təsirlərini izah edib.

O videonun başlağında belə yazıb:

"Qarın yağını itirməyin asan və təbii yolunu axtarırsınız? Bu videoda gündə bir stəkan alma sirkəsinin maddələr mübadiləsini necə sürətləndirdiyini, həzmi dəstəklədiyini və inadkar qarın piylərini əritməyə kömək etdiyini izah edirik."

Siz bilməlisiniz ki, qarın piyləri əslində qaraciyərdə yığılan yağın xarici əksidir.

Alma sirkəsi bu yağların parçalanmasına kömək edir. Bundan əlavə, tərkibindəki sirkə turşusu insulin müqavimətini azaldaraq qaraciyərin yağlanmasının əsas səbəblərindən birinə birbaşa təsir edir.

İstifadə qaydası:

1 stəkan su (təxminən 350 ml)

2 xörək qaşığı alma sirkəsi

Bu qarışığın gündə üç dəfə içilməsi lazım olduğunu bildirən mütəxəssis, “Bu içkinin müntəzəm istehlak edilməsi yağ yandırma prosesini dəstəkləyir və həzmi asanlaşdırır” deyə vurğulayıb.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun