Faydalı
Qəhvəyə darçın əlavə etməyin
Faydalı
109

Qəhvəyə darçın əlavə etməyin faydaları

Qəhvənizi bir az daha dadlı və daha sağlam edə bilərsiniz. Mütəxəssislər deyirlər ki, qəhvəyə bir çimdik darçın əlavə etmək orqanizmə müsbət təsir göstərə bilər.

E-saglam.az-ın məlumatına görə qəhvə günə enerji ilə başlamağın ən məşhur yollarından biridir. Bununla belə, son araşdırmalar və diyetoloqların tövsiyələri sadə bir tərkib hissəsinin əlavə edilməsinin böyük fərq yarada biləcəyini göstərir. Və bu tərkib mətbəxin əsas elementidir: darçın.

Darçın qan şəkərini tarazlaşdıran xüsusiyyətləri ilə tanınır. Qəhvə ilə birləşdirildikdə, içkinin dadını artırır və daha uzun müddət toxluq hissini saxlamağa kömək edir. Bu, xüsusilə səhərlər aclıq hisslərinin qarşısını almağa kömək edir.

Darçınlı qəhvə təkcə maddələr mübadiləsini gücləndirmir, həm də zehni diqqəti dəstəkləyir. Tələbələrdən tutmuş gərgin işdə çalışan hər kəsin qəhvələrinə əlavə edilən bir çimdik darçın gün ərzində daha məhsuldar hiss etmələrinə kömək edə bilər.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun