Kişi sperması yalnız mayalanma üçün nəzərdə tutulub, qadın orqanizmi üçün əlavə faydası yoxdur.
E-saglam.az xəbər verir ki, bu barədə “Nova Klinika”nın “Kişi Sağlamlığı Mərkəzi”nin müdiri, uroloq-androloq Hüseyn Sadıkov məlumat verib.
Onun sözlərinə görə, spermanın tərkibi zülallar, yağlar, fermentlər, minerallar və vitaminlərdən ibarətdir.
“Alkoqol və siqaret spermanın keyfiyyətini aşağı salır. Həmçinin sauna, hamam və isti vannalar da spermanın hərəkətliliyini və miqdarını mənfi təsir edir.
Mütəxəssis vurğulayıb ki, orta dərəcədə idmanla məşğul olmaq sperma keyfiyyətini yaxşılaşdırır, lakin həddindən artıq fiziki yüklənmə əks təsir göstərə bilər.
Tərcümə: Nəzrin Abbas