Qidalanma
Kolbasa yemək zərərlidirmi?
Qidalanma
139

Kolbasa yemək zərərlidirmi? Mütəxəssislər cavab verir

Sovet dövründən bu yana bir çox insan üçün südlü kolbasa ev yeməklərinin ayrılmaz hissəsinə çevrilib. Onun xəstəxanalarda, uşaq bağçalarında və məktəblərdə tez-tez menyuya daxil edilməsi kolbasanı “pəhriz qidası” kimi göstərsə də, əslində vəziyyət o qədər də sadə deyil.

E-saglam.az xəbər verir ki, işlənmiş ət — dadını dəyişdirmək və saxlanma müddətini artırmaq üçün emal edilmiş məhsullardır. Buraya kolbasa, sosiska, basdırma, konservləşdirilmiş ət və pate daxildir. Bu məhsullarda tez-tez ədviyyatlar, süd tozu, konservantlar, natrium nitrit (E250) və stabilizatorlar olur.

Kolbasalar niyə zərərli sayılır?

Əsas problem natrium nitrit kimi əlavələrin istifadəsindədir. Bu maddə ətə rəng və uzunömürlülük versə də, müəyyən hallarda mədədə kanserogen nitrozaminlərə çevrilə bilər. Bəzi tədqiqatlar uzun müddətli və müntəzəm işlənmiş ət istehlakının bağırsaq xərçəngi riski ilə əlaqəli ola biləcəyini göstərir.

Üstəlik, kolbasalar çox vaxt duz və yağ baxımından zəngindir. 100 qram məhsulda 20–23 qram yağ ola bilər ki, bu da ürək-damar xəstəlikləri üçün risk faktorudur.

Bəs az miqdarda yemək olar?

Tamamilə imtina etmək ideal olsa da, kolbasanı nadir hallarda və az miqdarda yemək daha təhlükəsiz sayılır. Hər gün istehlak etmək yerinə, həftədə 1–2 dəfə ilə məhdudlaşdırmaq məsləhətdir.

Daha sağlam alternativlər:
  • Porsiyanı azaldın: İki əvəzinə bir kolbasa yeyin və ya yeməyi tərəvəzlərlə balanslaşdırın.

  • Ətsiz günlər təyin edin: Həftədə bir gün ət məhsullarından uzaq durun.

  • Balıq və quş ətinə üstünlük verin: Toyuq, balıq və ya dovşan əti daha yüngül və faydalıdır.

  • Dəmir qəbuluna diqqət edin: Qarabuğda, yumurta, balıq və brokoli kimi məhsullar bu baxımdan faydalıdır.

Qeyd edək ki, kolbasa tam qadağan olunmalı məhsul deyil, lakin tez-tez və çox miqdarda istifadəsi sağlamlıq üçün risklidir. Sağlam qidalanmanın əsas prinsipi – balans və ölçüdür.

Tərcümə: Nəzrin Abbas

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun