Qidalanma
Payızın super qidası: Qoz ürəyi, beyni və
Qidalanma
158

Payızın super qidası: Qoz ürəyi, beyni və immuniteti qoruyur

Payız mövsümündə qoz həm bol olduğu, həm də yüksək qida dəyərinə görə bədənin ehtiyac duyduğu ən vacib məhsullardan biridir.

E-saglam.az xəbər verir ki, tərkibindəki Omega-3 yağ turşuları, E vitamini, maqnezium, kalium və güclü antioksidantlar sayəsində orqanizmə çoxsaylı faydalar verir.

Mütəxəssislərin sözlərinə görə, qoz immun sistemini möhkəmləndirir, ürək-damar sağlamlığını qoruyur və beyin fəaliyyətini gücləndirir. Onun tərkibindəki faydalı yağlar xolesterini tənzimləyir, damarların elastikliyini artırır və melatonin hormonu sayəsində yuxu keyfiyyətini yaxşılaşdırır.

Tədqiqatlar göstərir ki, qozun yaşıl qabığında olan birləşmələr iltihab əleyhinə təsir göstərir, oynaqları və dərini qoruyur, saç köklərini gücləndirir. ABŞ-da aparılan elmi araşdırmalar da müntəzəm qoz istehlakının 60 yaşdan yuxarı şəxslərdə infarkt riskini 15%, yaddaş qabiliyyətini isə 10% artırdığını sübut edib.

Dietoloqlar gündə 3–5 ədəd qoz (təxminən 30 qram) qəbul etməyi tövsiyə edirlər. Çünki artıq miqdarda qəbul edilən qoz yüksək kalorili olduğu üçün (100 qramda 654 kkal) çəki artımına və həzm problemlərinə səbəb ola bilər.

Qozu səhər yeməyində bal, pendir və ya meyvə salatları ilə birlikdə qəbul etmək qidalanmanın dəyərini artırır və uzunmüddətli toxluq hissi yaradır.

Dietoloqların sözlərinə görə, payızda rasionda qozun mütləq yer alması vacibdir: “Bu məhsul həm payız avitaminozunun qarşısını alır, həm də beyin fəaliyyətini aktiv saxlayır".

Qeyd edək ki, qoz, sağlamlığı qorumaq və xəstəliklərdən müdafiə olunmaq üçün payız menyusunun əvəzolunmaz hissəsi sayılır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun