Faydalı
Yumşaq, yoxsa sərt? düzgün döşək
Faydalı
136

Yumşaq, yoxsa sərt? düzgün döşək necə seçilməlidir?

Yuxu bədənimizin istirahəti, beynimizin isə yenilənməsi üçün ən vacib proseslərdən biridir. Keyfiyyətli yuxunun əsas şərtlərindən biri isə düzgün seçilmiş döşəkdir. Çox vaxt insanlar döşəyi sadəcə rahatlıq üçün alır, lakin onun onurğa sağlamlığı, əzələlərin gərginliyi və ümumi yuxu keyfiyyətinə birbaşa təsir etdiyini unudurlar.

E-saglam.az doğru döşəyi seçməyin yollarını sizə təqdim edir:

Hansı döşək daha doğrudur — yumşaq, yoxsa sərt? Gəlin, düzgün döşək seçiminin əsas prinsiplərinə birlikdə baxaq.

Yaxşı döşək sadəcə rahat səth deyil — o, bir neçə əsas funksiyanı yerinə yetirməlidir:

1.Onurğanı düzgün şəkildə dəstəkləməlidir.
Bədən təbii formasını saxlamalı, döşəkdə çökmələr və ya bərklik fərqləri olmamalıdır. Yalnız bu halda yuxu zamanı əzələlər tam rahatlaşa bilər.

2.Çəkiyə və boy uzunluğuna uyğun olmalıdır.
Məsələn, bədən çəkisi çox olan insanlar üçün çox yumşaq döşək düzgün seçim deyil — belə olduqda bel və kürək ağrıları yarana bilər. Əksinə, çox sərt döşək də yüngül çəkili insanlar üçün narahatlıq yaradır.

3.Təmiz və havadar qalmalıdır.
Keyfiyyətli döşək hava dövranını təmin etməli, nəm və istilik yığmamalıdır. Beləcə, həm uzunömürlü olur, həm də bakteriya və gənə kimi allergenlərin yaranmasının qarşısını alır.

Yumşaq, yoxsa sərt döşək?
Əslində, ideal sərtlik hər kəs üçün fərqlidir. Sırt üstə və üzüüstə yatanlar üçün orta sərtlikdə döşəklər daha uyğundur. Yan üstə yatanlar üçün isə bir qədər yumşaq modellər bədənə daha yaxşı uyğunlaşır və çiyinlə ombanın təzyiqini azaldır.


Qeyd edək ki, döşək seçərkən əsas məqsəd – bədənə balanslı dəstək və rahatlıq təmin etməkdir. Mağazada döşəyi sınaqdan keçirin, üzərində bir neçə dəqiqə uzanın və öz bədəninizin necə reaksiya verdiyini hiss edin. Unutmayın, yaxşı döşək yuxu keyfiyyətinizi, dolayısı ilə həyat keyfiyyətinizi də müəyyən edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun