Xəstəliklər
Uşaqlarda appendisit:
Xəstəliklər
21

Uşaqlarda appendisit: simptomlar və risklər

Cərrah Bəsdilə Rəsulova bildirir ki, appendisit appendiksin iltihabıdır və uşaqlarda vaxtında müalicə olunmadıqda peritonit və həyat üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, xətəlik nadir hallarda körpəlikdə baş verir, ən çox 10-13 yaş arasında rast gəlinir.

Appendisitin səbəbləri tam öyrənilməyib, lakin mikrofloraların aktivləşməsi, infeksiyalar, helmintik xəstəliklər və nadir hallarda yad cisimlər iltihaba səbəb ola bilər.

Əsas simptomlar:

  • Sağ alt qarın nahiyəsində kəskin ağrı;
  • Qızdırma (37,5–39°C), halsızlıq, qusma;
  • Diqqəti cəmləyə bilməmə, marağın azalması;
  • Ağrı bəzi uşaqlarda qarın boyunca yayıla bilər; yaşlı uşaqlar ağrının yerini adətən göstərə bilir.

Atipik hallar (15%): ağrı çanaq və ya arxa qarın nahiyəsində, defekasiya və sidik zamanı ağrı, nəcisdə selik və ya qan.

Diaqnoz və müalicə:

Uşaqlarda appendisiti yalnız həkim diaqnozu təsdiqləyə bilər. Müayinə zamanı sağ iliak nahiyəyə diqqət yetirilir, bəzi hallarda rektal müayinə tələb olunur.

Yeganə müalicə cərrahiyyədir. Dərmanlarla müalicə mümkün deyil; antibiotik və ağrıkəsicilər diaqnoza qədər qadağandır, çünki xəstəliyin gedişini gizlədə bilər.

Valideynlər uşaqda sağ alt qarın ağrısı və yuxarıda göstərilən simptomları görsələr, dərhal həkimə müraciət etməlidirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun